“Bu, təxribat və siyasi alçaqlıq kompleksinin nümayişidir”..?

“Bu, təxribat və siyasi alçaqlıq kompleksinin nümayişidir”..?

Rusiya Federasiyası Dövlət Dumasının Tatarıstandan olan deputatı Oleq Morozov Tatarıstanın müstəqilliyinin Ukrayna tərəfindən tanınması layihəsini şərh edib.

“Bu, əlbəttə ki, təxribat və siyasi alçaqlıq kompleksinin nümayişidir”

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu rus mediası onun sözlərindən sitat kimi gətirib.

Qeyd edək ki, Morozovdan bir qədər əvvəl Dövlət Dumasının digər Tatarıstandan olan deputatı Ayrat Fərraxov da praktiki olaraq oxşar bəyanatla çıxış edib.

Dövlət Dumasının digər deputatı Mixail Şeremet də layihəni təxribat adlandırıb.

Xatırladaq ki, Ötən gecə Ukrayna Ali Radasında Tatarıstanın dövlət suverenliyini və müstəqilliyini tanıyan sənəd qeydə alınıb.

Bundan əvvəl internetdə Ukrayna prezidenti Vladimir Zelenskiyə ünvanlanan və Tatarıstanın müstəqilliyinin tanınması tələbi ilə petisiya peyda olub.

Oktyabrda Ukrayna Tatarıstandan olan 14 deputatı, o cümlədən Oleq Morozovu axtarışa verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə