Rusiya ilə əməkdaşlıqda şübhəli bilinənlər...

Rusiya ilə əməkdaşlıqda şübhəli bilinənlər...

Ukrayna Təhlükəsizlik Xidməti mart ayından bəri Rusiya ilə əməkdaşlıqda ittiham olunan şəxslərin sayını açıqlayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndəsi Artem Dextyarenko brifinqdə deyib.

Onun sözlərinə görə, səkkiz ay ərzində Rusiya tərəfi ilə əməkdaşlıqda şübhəli bilinən 700 nəfər müəyyən edilib. Dextyarenko qeyd edib ki, onlara mart ayında Ukrayna Cinayət Məcəlləsinin 111-1-ci maddəsi (“Əməkdaşlıq fəaliyyəti”) ilə ittiham verilib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Ukraynada “Motor Siç” müəssisəsinin direktoru Vyaçeslav Boquslaev dövlətə xəyanətdə ittiham olunaraq saxlanılıb. O, Rusiyaya helikopter mühərrikləri verməkdə şübhəli bilinirdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə