Bayden Si Cinpinlə nəyi müzakirə edəcək?

Bayden Si Cinpinlə nəyi müzakirə edəcək?

ABŞ administrasiyası, ABŞ prezidenti Cozef Baydenin noyabrın 14-də İndoneziyada Çin prezidenti Si Cinpinlə gözlənilən ikitərəfli görüşdə Rusiyanın Ukrayna ətrafındakı vəziyyət, o cümlədən nüvə silahı ilə bağlı bəyanatlarından narahatlığını ifadə edəcəyini bildirib. SİA bu barədə rus saytlarına istinad edir.

“Düşünürəm ki, prezident Sinin kansler Şolzla nüvə silahından istifadə edilməməsi ilə bağlı söhbətindən sonra gələnlər də daxil olmaqla mühüm bəyanatlar var. Bu, təbii ki, Çinin uzun müddətdir, o cümlədən Beşlik kontekstində danışdığı prinsipdir. Məncə bu vacibdir. Biz bunu qeyd etdik”.

Bildirək ki, Bayden bunu Rusiya Federasiyası və Ukrayna ilə bağlı hansı mövzulara toxunmaq niyyətində olduğu barədə sualı cavablandırarkən bildirib.

Yeri gəlmişkən Çinin “Takei” agentliyinin sözlərinə görə, Bayden noyabrın 14-də Si Cinpinlə görüşdə, o cümlədən Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı, ABŞ-ın Tayvan və Çinin iqtisadi kursu ilə bağlı narahatlığı, həmçinin Şimali Koreyanın raket buraxılışlarını müzakirə etmək niyyətindədir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə