Türkiyə və Özbəkistan prezidentləri arasında görüş keçirilib

Türkiyə və Özbəkistan prezidentləri arasında görüş keçirilib

Prezident Rəcəb Tayyib Ərdoğanın Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türk Dövlət Təşkilatlarının 9-cu Zirvə Toplantısında iştirak etmək üçün dövlət başçısı Ərdoğan ev sahibi həmkarı Şavkat Mirziyoyev ilə görüşüb.

Sammit çərçivəsində Ərdoğanın iştirakçı liderlərlə ikitərəfli görüşləri nəzərdə tutulur.

Türkiye Prezident Aparatının məlumatına görə, “Türk sivilizasiyasının yeni dövrü: Ortaq inkişaf və tərəqqiyə doğru” mövzusu ilə keçirilən Zirvə toplantısında sədrlik Türkiyadən Özbəkistana keçəcək.

Zirvə toplantısında Təşkilatın fəaliyyəti və gələcəyi ilə bağlı mühüm qərarlar, xüsusilə noyabrın 12-də İstanbul Zirvə toplantısında qəbul edilən Gələcəyə Baxış Sənədinin ilk 5 illik icra bələdçisini təşkil edəcək “Strategiya Sənədi” qəbul ediləcək.

Üzv ölkələr arasında hər sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılacaq addımların qiymətləndiriləcəyi Sammitin növbəti sessiyasında prezident Ərdoğan çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə