"Kıbrısda silahlanma heç kimə fayda gətirməyəcək"

"Kıbrısda silahlanma heç kimə fayda gətirməyəcək"

Vitse-prezident Fuat Oktay Şərqi Aralıq dənizi və Kıbrısda (Kipr) silahlanmanın heç kimə fayda gətirməyəcəyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Fuat Oktay Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (KKTC) Bayrak Radio Televiziyasındanda (BRT) qatıldığı proqramda gündəmi dəyərləndirib.

Sanksiyalar və adanın tərksilahı ilə bağlı mövcud statusun geri qaytarılmasına yönəlmiş fəaliyyətləri yaxından izlədiklərini ifadə edən F.Oktay deyib:

"Şərqi Aralıq dənizi və Kıbrısda silahlanmanın heç kimə faydası yoxdur. Xüsusilə bu, ŞKTC və türk xalqının təhlükəsizliyinə aiddirsə, bizim qarantlığımız təhlükəsizlikdən başlayır. Təbii ki, iqtisadi, sosial, mədəni və digər bütün sahələrdə fəaliyyətimiz davam edəcək".

Oktay Türk millətinin təhdid ilə iş görməyəcəyini, amrekilalıların da yunanların da yaxşı bildiyini qeyd edərək, "Bu cür silahlanma yarışları Türkiyenin KKTC-nə həm dövlətin, həm də buradakı hər bir qardaşımızın təhlükəsizliyi mövzusunda qətiyyətini artırır. Heç nədən imtina etmərik" deyib.

Başda Amerika Birləşmiş Ştatları (ABŞ) olmaqla əlaqədar dövlətlərin reallığı bir an əvvəl dərk etməli olduğunu və adanın silahlı deyil, silahsız olmasının həm cəmiyyətin, həm də dövlətin xeyrinə olduğunun vacibliyini vurğulayan Fuat Oktay sözügedən dövlətlərin siyasətlərini buna uyğun təyin etmələrini arzuladıqlarını bildirib.

Vitse-prezident F.Oktay Kıbrıs mövzusunda masada duran təklifin bundan sonra suveren bərabər statuslu iki dövlətli həll yolu olduğunu və başqa heç bir təklifin onlar üçün həll yolu olmadığını vurğulayıb və bu mövzuda artıq Birləşmiş Millətlər Təşkilatından artıq heç nə gözləmədiklərini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə