Rus qoşunlarının Xerson vilayətindən geri çəkilməsi Kiyev üçün böyük qələbədir. Etiraf edilməlidir ki, bu, Moskvanı müharibədəki ən böyük hərbi nailiyyətindən məhrum edir. Axı, Xerson ilhaq edilmiş Krıma yaxın olduğuna görə strateji əhəmiyyətli şəhərdir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bir müddət əvvəl ABŞ prezidenti Cozef Bayden də Rusiyanın Ukraynadakı qoşunlarını Dnepr çayının sol sahilinə çıxarmaq və Xerson şəhərini tərk etmək qərarını şərh edib.
Beləliklə, Baydenin sözlərinə görə, bu qərar Rusiya ordusunun üzləşdiyi “ciddi problemlərin” sübutudur. ABŞ prezidenti bunun ABŞ Konqresinə aralıq seçkilərindən dərhal sonra elan olunmasını da maraqlı adlandırıb.
Bayden əlavə edib ki, Rusiyanın geri çəkilməsi Ukraynadakı münaqişə tərəflərinə qışda nəfəs almaq və “mövqeləri yenidən müəyyənləşdirmək” haqqında düşünmək imkanı verə bilər. O, Rusiya ilə “kompromis”ə hazır olub-olmamasının yalnız Ukraynadan asılı olduğuna aydınlıq gətirib, lakin əlavə edib ki, ABŞ istənilən halda Ukraynanı dəstəkləməyə davam edəcək və münaqişənin sülh yolu ilə həlli üçün şərtlər Kiyevdən asılı olacaq.
Bu arada bir çox analitiklər Xersona nəzarətin Kiyevə Rusiyaya daha çox zərər vurmaq qabiliyyətini və hələ də nəzarət etdiyi əraziləri saxlamaq qabiliyyətini artıracaq.
Qeyd edək ki, bu barədə ingilis nəşri olan “Financial Times” yazıb.
Xatırladaq ki, Dnepr çayının sağ sahilində yerləşən şəhərdən geri çəkilən Rusiya bir neçə həftədir ki, müdafiə xətləri qurduğu çayın o tayında müdafiəsini gücləndirməyə çalışır.
Maraqlıdır, əgər Ukrayna noyabrın sonuna qədər Dnepr çayının şimal-qərb sahilini geri ala biləcəyi təqdirdə. Rusiya digər sahili saxlaya biləcəkmi?
Bu arada “Financial Times”, rusların 8 aydan çox davam edən işğalı zamanı Rusiyanın ələ keçirdiyi yeganə regional mərkəz kimi simvolik əhəmiyyətindən əlavə, böyük strateji əhəmiyyətə malik Xersondan Ukrayna öz əks-hücumunu yenidən ölçə biləcəyinə əminlik bildirib.
Məsələ bundadaır ki, Xerson vilayəti materik Ukraynanı Rusiya tərəfindən işğal olunmuş Krımla birləşdirir və şəhərin özü də yarımadadan təxminən 100 kilometr aralıda yerləşir. Bu isə Rusiyaya öz qoşunlarını işğal olunmuş yarımadadakı bazalardan təchiz etmək üçün quru dar bir dəhliz verir. Nəticədə quru körpüsündən keçən üç mühüm yol, eləcə də Rusiyanın bir sıra logistika obyektləri və sursat anbarları Ukrayna artilleriyasının əli “altına düşür”?
Ehtimallara görə, bu, Rusiyanın ilhaq edilmiş yarımadaya yaxınlaşmanı qorumaq üçün cənuba daha çox qüvvə yerləşdirməsinə səbəb ola bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB