Kiyev meri Vitali Kliçko şəhərin adları Rusiya Federasiyası və Sovet İttifaqı ilə bağlı olan daha 11 küçənin adının dəyişdirildiyini bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Kliçko bu barədə özünün Telegram kanalında məlumat verib.
“Kiyev Şəhər Şurasının deputatları bugünkü iclasda adları Rusiya və sovet keçmişi ilə bağlı olan daha 11 küçənin adını dəyişdiriblər”, - Kliçko deyib bunu.
Hərbi pilot-Sovet İttifaqı Qəhrəmanı Nikolay Qastello küçəsinə, Sovet pioner qəhrəmanı Vali Kotik küçəsinə, rus və sovet hərbi mühəndisi general Dmitri Karbışev küçələrinə yeni adlar verilib.
Maraqlıdır ki, yerli səlahiyyətlilər Kiyevdə Belomorskaya, Magnitogorskaya, Çelyabinsk, İjevsk və Truda bulvarının küçələrindən qurtulmaq qərarına gəliblər.
Kliçkonun sözlərinə görə, artıq Ukrayna paytaxtında 204 şəhər obyektinin adı dəyişdirilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB