Böyük Britaniyanın Maliyyə Sanksiyalarına Nəzarət Təşkilatı Londonun fevralın sonundan bəri Rusiyanın 18 milyard funt sterlinqdən çox aktivini dondurduğunu bildirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə idarənin illik hesabatında deyilir.
“OFSI 2022-ci il fevralın 22-dən oktyabrın 20-dək anti-Rusiya sanksiya siyahısında olan şəxslər tərəfindən və ya onların adından saxlanılan 18,39 milyard funt sterlinq məbləğində dondurulmuş vəsait haqqında məlumat verdi”. Qeyd edək ki, sənəddə belə deyilir.
Eyni zamanda, hesabatda, 2021-ci ilin sentyabrında bu məbləğin cəmi 44,5 milyon funt sterlinq olduğu da qeyd edilib.
OFSI-nin məlumatına görə, 2022-ci il fevralın 22-dən avqustun 24-dək 1271 nəfər Rusiya əleyhinə sanksiyalara məruz qalıb. Fevralın 24-dən indiyədək 33 ümumi lisenziya da verilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB