İranda gizli PUA istehsalı mərkəzi tapılıb?

İranda gizli PUA istehsalı mərkəzi tapılıb?

İranda təhlükəsizlik qüvvələri ölkənin cənubunda yerləşən Şiraz şəhərində əldəqayırma partlayıcı qurğunun istehsalı mərkəzi aşkarlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, inzibati mərkəzi Şiraz olan Fars əyalətinin ədliyyə başçısından “Tasnim” agentliyinə daxil olan məlumata görə, PUA istehsalı ilə məşğul olan iki cinayətkar saxlanılıb. Onların Şirazda terror aktları törətməyə hazırlaşdıqları, həmçinin şəhər sakinlərini iğtişaşlar təşkil etməyə təhrik etdikləri güman edilir.

Emalatxanada partlayıcı qurğularla yanaşı, partlayıcı maddələr, molotov kokteyli, həmçinin bir neçə odlu silah və bıçaqlı silahlar da aşkar edilib.

Qeyd edək ki, bunu isə İran saytlarına istinad edən Rusiya saytları xəbər yayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə