‘‘Terhunedә 230 cәsәd aşkar edilib’’

‘‘Terhunedә 230 cәsәd aşkar edilib’’

Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru Kərim Əsəd Əhməd Xan Liviyanın paytaxtı Tripolinin cənubunda yerləşən Terhune şəhərində 230 cəsədin aşkar edildiyini bildirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Kərim Əsəd Əhməd Xanın Beynəlxalq Cinayət Məhkəməsinin rəsmi internet səhifəsində verdiyi məlumatda bildirib.

Kərim Əsəd Əhməd Xan Liviyada keçirdiyi görüşlərdən sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müraciət edərək şuraya məsələ ilə bağlı məlumat verib.

Terhunedə gördüklərinin Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aid olduğunu bildirən Baş prokuror Xan deyib: "Terhunedəki kütləvi məzarlıqlardan azı 230 cəsəd çıxarılıb, onlardan yalnız bir neçəsinin şəxsiyyəti müəyyənləşdirilib.Terhunedəki günahsız insanlar və onların ailələri ilə görüşdüm’’.

Baş prokuror Xan bildirib ki, Terhunedə yaşanan qətliamlara və orada aşkar edilən kütləvi məzarlıqlara dair audio və video yazıları var.

Baş Prokuror Xan ölkənin şərqindəki silahlı qüvvələrin lideri Xəlifə Haftarə sadiq silahlı qrupların müxtəlif şəhərlərdə adam öldürdüyünü və adam oğurluğu kimi cinayətlərdə iştirak etdiyini bildirib.

Qeyd edək ki, Terhune şəhəri 2020-ci ilin 5 iyun tarixində Xəlifə Hafterə tabe olan silahlılardan azad edilib. O vaxtdan bəri aşkar edilən kütləvi məzarlardan cəsədlər çıxarılır.

Bütün xəbərlər Facebook səhifəmizdə