İran Almaniyaya sərt reaksiya verib

İran Almaniyaya sərt reaksiya verib

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Almaniya xarici işlər naziri Annalena Berboka cavab verib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, İranın Xarici işlər naziri sosial media hesabında mövzu ilə əlaqəli paylaşdığı açıqlamada: “Xarici işlər naziri Annalena Berbok, təxribatçı, müdaxiləçi və qeyri-diplomatik yanaşma incəlik və müdriklik yox, keçmiş əlaqələrin pozulmasının uzunmüddətli nəticələri olur və Almaniya ümumi problemləri həll etmək üçün ya əməkdaşlığı, ya da qarşıdurmanı seçə bilər. Bizim cavabımız mütənasib və qətiyyətli olacaq”. Qeyd edək ki, bunu İranın XİN başçısı Abdullahian deyib.

Qeyd edək ki, Almaniya xarici işlər naziri Annalena Berbok sosial media hesabındakı paylaşımında: “Biz növbəti sanksiyalar paketi üzərində tam şəkildə işləyirik. Eyni zamanda çalışırıq ki, BMT-nin İnsan Haqları Şurasında İranla bağlı xüsusi sessiya keçirilsin və araşdırma mexanizmi yaradılsın. Çünki biz bilirik ki, günahkarların məsuliyyətə cəlb olunması zərərçəkmişlər üçün nə qədər vacibdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə