''Ukraynada 100 minədək Rusiya əsgəri ölüb və ya yaralanıb''

''Ukraynada 100 minədək Rusiya əsgəri ölüb və ya yaralanıb''

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli Ukraynada 100 mindən çox rus əsgərinin öldüyünü və ya yaralandığını bildirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Nyu-Yorkda “The Economic Club” təşkilatında çıxış edən Mark Milli Rusiyanın müharibənin əvvəlində nəzarətinə keçirdyi Ukraynanın Xerson şəhərindən geri çəkildiyini və bu addımın hər iki ölkəyə sülh danışıqları aparmaq üçün imkan verə biləcəyini deyib.
Mark Milli Rusiyanın Xersondakı 20-30 min əsgərinin tam geri çəkilməsinin bir neçə həftə çəkə biləcəyini ifadə edib.
Mark Milli deyib: “Mən inanıram ki, onlar bunu Dnepr çayının cənubunda müdafiə xətlərini bərpa etmək və qüvvələrini qorumaq üçün ediblər”.
Mark Milley həmçinin vurğulayıb ki, Rusiya ilə Ukrayna arasında 9 aydır davam edən müharibə nəticəsində 40 minə qədər ukraynalı mülki şəxs və 100 mindən çox rus əsgəri həlak olub və ya yaralanıb. O, Ukraynanın da eyni sayda hərbçi itirmiş ola biləcəyini istisna etməyib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Xerson şəhərindəki müdafiə xəttinin Dnepr çayının sol sahilinə çəkiləcəyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə