AEBA ilə İran arasında danışıqlar nəticəsiz başa çatıb

AEBA ilə İran arasında danışıqlar nəticəsiz başa çatıb

Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) İran arasında nüvə proqramına dair danışıqlar nəticəsiz başa çatıb. SİA-nın xəbərinə görə, bu barədə "Reuters"ə AEBA-nın rəhbəri Rafael Qrossi bildirib.

“Onlar yenə də heç nə gətirmədilər” – deyə Qrossi vurğulayıb.

Bununla belə, AEBA rəhbəri ikitərəfli təmasların davam etdiyini, yaxın həftələrdə İranda növbəti görüşün olacağını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə