Uşaq sel sularına tuş gəldi

Fələstinin Qəzza şəhərində ötən gün yağan güclü yağış sel və daşqınlara səbəb olub. SİA xəbər verir ki, şəhərdə bir uşaq sel sularında qalıb. Yol kənarında nəqliyyat vasitəsinə baxan zaman uşağın sel sularına düşdüyünü görən şəxs düşünmədən suya atılıb və uşağı son anda xilas edib. Hadisə anı ətrafdakı təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.

Qəzzada dünən yaşanan sel və daşqınlarda ölən və yaralananların olmadığı, yalnız maddi ziyanın olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə