ABŞ fəlakətə hazırlaşır!

ABŞ-ın Florida ştatı bu gün quruya çatması gözlənilən Nikol qasırğasının səbəb ola biləcəyi fəlakətlərə hazırlaşır. SİA xəbər verir ki, Florida ştatının qubernatoru vəzifəsinə yenidən seçilən Ron DeSantis keçirdiyi mətbuat konfransında şiddətli fırtınaların "ən böyük narahatlıq doğurduğunu və elektrik enerjisində əhəmiyyətli fasilələr ola biləcəyini" söyləyib.

DeSantis 16 min işçi, 600 mühafizəçi və 7 axtarış-xilasetmə qrupunun fövqəladə vəziyyətlərə hazır olduğunu bildirib. Ehtiyat tədbiri olaraq bəzi hava limanlarında uçuşların ləğv edildiyini bildirən DeSantis, fırtına səbəbiylə iyirmidən çox bölgədə məktəblərin bağlandığını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə