Nigeriyada 12 mindən çox məhbus sərbəst buraxıldı - Səbəbi budur...

Nigeriyada 12 mindən çox məhbus sərbəst buraxıldı - Səbəbi budur...

Nigeriya hökuməti ölkədəki həbsxanaların konsentrasiyasını (sıxlığı) azaltmaq siyasətinə uyğun olaraq son 6 ildə ölkə daxilində 12 mindən çox məhbusun amnistiyaya məruz qaldığını bildirib. SİA xəbər verir ki, ədliyyə naziri və baş prokuror Abubakar Malami açıqlamasında bildirib ki, hökumət 2015-ci ildə vəzifəyə başlayanda həbsxanalarda həddindən artıq sıxlıq dövlətin əsas prioritetlərindən biri olub.

Nigeriya Prezidenti Məhəmməd Buharinin həbsxanalardakı sıxlığın azaldılması üçün lazımi həll yolları üçün hərəkətə keçdiyinə diqqət çəkən Malami, “Buhari ölkənin 36 əyalətinin qubernatorlarına və əyalətlərin baş hakimlərinə zaman-zaman həbsxanaları ziyarət etmələrini əmr etdi" dedi.

Malami qeyd edib ki, sıxlığın azaldılması məqsədilə son 6 ildə ölkənin müxtəlif həbsxanalarında 12 mindən çox məhbus amnistiyaya məruz qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə