Rusiya prezidenti Vladimir Putin gələn həftə İndoneziyanın Bali adasında keçiriləcək G20 sammitində iştirak etməyəcək. SİA xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Mənbələr bildirir ki, sammitdə Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.
Bu qərar Vladimir Putini sammit zamanı yarana biləcək yüksək gərginlikdən xilas etməyə görə verilib. Agentlik qeyd edir ki, Balidə avropalı liderlərin Rusiya prezidenti ilə görüşdən yayınacağı güman edilir.
Qeyd edək ki, İndoneziyanın Bali adasında keçiriləcəl G20 sammiti noyabrın 15-16-da baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB