''NATO-nun növbəti sammiti gələn il 11-12 iyul tarixlərində keçiriləcək''

''NATO-nun növbəti sammiti gələn il 11-12 iyul tarixlərində keçiriləcək''

NATO-nun növbəti sammiti 2023-cü ilin 11-12 iyul tarixlərində Litvada keçiriləcək. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

NATO-nun baş katibi Yens Stoltenberq NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının növbəti görüşünün 2023-cü ilin 11-12 iyul tarixlərində Litvanın paytaxtı Vilnüsdə keçiriləcəyini açıqlayıb.
Yens Stoltenberq verdiyi açıqlamada NATO-nun Soyuq Müharibədən bəri ən mürəkkəb və gözlənilməz təhlükəsizlik mühiti ilə üzləşdiyini bildirib.
Vilnüsdəki görüşün NATO ölkələrinin liderlərinə müdafiə və çəkindirməni gücləndirmək üçün yeni addımlar atmaq imkanı yaradacağını bildirən Stoltenberq müdafiə xərclərinin artırılması və Ukraynaya dəstəyin davam etdirilməsinin də müzakirə olunacağını qeyd edib.
Stoltenberq Şimali Amerika ilə Avropa arasında transatlantik əlaqənin NATO ölkələrində yaşayan 1 milyard insanın təhlükəsizliyi üçün vacib olduğunu vurğulayıb.
NATO-nun sonuncu sammiti iyunun 28-30-da İspaniyanın Madrid şəhərində keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə