Ukraynada xüsusi hərbi əməliyyatın (SVO) komandiri, Dnepr çayının sol sahili boyunca müdafiə təşkil etmək qərarına gələn ordu generalı Sergey Surovikin mənasız qurbanlar və əsgərlərin həyatını xilas etmək arasında çətin, lakin düzgün seçim etdi.
Qeyd edək ki, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu general-polkovnik Ramzan Kadırov bildirib.
Maraqlıdır ki, Kadırov Xersonu sursatların müntəzəm çatdırılması və güclü, etibarlı arxa cəbhənin formalaşdırılması imkanı olmayan çətin ərazilərdən biri kimi təqdim edir.
Niyə bəs bu xüsusi əməliyyatın ilk günlərindən edilmədi?
Deyim ki, sualı general-polkovnik Ramzan Kadırov verir və bunun arıq başqa sual olduğunu deyir, amma əlavəsini də edir: “Ancaq bu çətin vəziyyətdə general (Sergey Surovikini nəzərdə tutur-A.B.) müdrik və uzaqgörən davrandı - o, mülki əhalini təxliyə etdi və yenidən qruplaşmaya əmr verdi”.
Çeçenistan rəhbəri, xüsusi hərbi əməliyyatda iştirak edən çeçen döyüşçülərin bu ərazidə döyüşlərin mürəkkəbliyini təsdiq elədiklərini də bildirib.
“Bəli, onu saxlamaq olar, (...deyəsən, Xersonu deyir-A.B.) heç olmasa bir növ sursat tədarükü təşkil etmək olar, lakin bunun dəyəri çoxlu insan həyatı olacaq. Və belə bir proqnoz bizə uyğun deyil”- deyə Kadırov təcrübəli bir və general-polkovnik kimi hərbçi həmkarı Surovikinin tənqiddən qorxmayan bir general kimi çıxış etdiyini də əlavə edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB