Xerson vilayətində dörd hərbi administrasiya yaradılacaq
Zelenski göstəriş verdi

Ukrayna prezidenti Vladimir Zelenski Xerson vilayətində 4 hərbi idarənin yaradılması haqqında fərman imzalayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, dövlət başçısının saytındakı məlumatlara görə, bölgədə Krestovskaya, Dolmatovskaya, Kaxovskaya, Qolopristanskaya administrasiyaları yaradılacaq.

Qeyd edək ki, ukraynalı prezidentin sadaladığı Krestovka, Dolmatovka, Kaxovka və Holaya Pristan qəsəbələri Dnepr çayının sol sahilində yerləşir.

Onu da xatırladaq ki, bu gün səhər saatlarında Rusiyanın müdafiə naziri Sergey Şoyqu Xerson vilayətində qoşunların Dnepr çayının sağından sol sahilinə çıxarılması, yəni geri çəkilmə barədə göstəriş verib.

Bununla yanaşı, Xerson vilayətində Dnepr çayının sağ sahilindən 115 mindən çox insanın təxliyə edildiyi bildirilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə