İsrailin İrana zərbə endirmək imkanı var, lakin ölkə rəhbərliyi belə bir addım atmağı zəruri hesab edərsə, bu qərarı diqqətlə nəzərdən keçirməli olacaq.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu yəhudi dövlətinin müdafiə naziri Benni Qantz bildirib.
İsrailin İranda hərəkət etmək imkanı olduğunu deyən Qantz, buna İsrailin hazırlığının, bacarığının və uzunmüddətli planlarının olduğunu birldirib: “Biz bu ehtimala hazırlaşmalıyıq, lakin hərəkətə keçməzdən əvvəl bu məsələni də çox diqqətlə düşünməliyik”.
Qeyd edək ki, ötən həftə ölkə parlamentində “Likud” fraksiyasından olan deputat Tsaxi Xaneqbi, onun partiyasının lideri Benyamin Netanyahu, hakimiyyətə qayıtdıqdan sonra İsrailin yeni hökumətinə başçılıq edəcəyini və İranın nüvə obyektlərinə zərbə endirmək əmri verəcəyini ehtimal edib.
Yeri gəlmişkən tezliklə Müdafiə Nazirliyinin rəhbəri postunu tərk edəcəyi ehtimal edilən Qantsın fikrincə, İrana zərbə endirmək variantı “hazırlanmalı, həyata keçirilməzdən əvvəl bu məsələyə də çox diqqətlə baxmaq lazımdır”.
Eyni zamanda, nazir, əvvəllər belə bir ssenariyə Netanyahunun baş nazirliyi illərində baxıldığını və sonradan “hələ vaxtı olmadığını” bildirdiklərini xatırladıb.
“Sonuncu dəfə İsrail Müdafiə Qüvvələri maksimum hazırlıq vəziyyətinə gətiriləndə mən Baş Qərargah rəisi idim və bunu etməmək qərarı vəzifəni tutacağı gözlənilən baş nazir qəbul etmişdi”, - deyə Qanz bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB