İngiltərə universitetlərinin 70 mindən çox işçisi tətil etməyi planlaşdırır

İngiltərə universitetlərinin 70 mindən çox işçisi tətil etməyi planlaşdırır

İngiltərənin 150 universitetinin 70 mindən çox işçisi tətil etməyi planlaşdırır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tətilə səbəb kimi professor-müəllim heyətinin və digər işçilərin maaş, pensiya və iş şəraiti ilə bağlı narazı olmaları göstərilir. Onlar tətili noyabrın 24-ü, 25-i və 30-da keçirmək fikrindədirlər.

Milli Tələbələr Birliyi tətili dəstəklədiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə