İsrail Ukraynaya kömək edə bilməməsi səbəbini deyib

İsrail Ukraynaya kömək edə bilməməsi səbəbini deyib

İsrail Rusiyanın təcavüzündən qorunmaq üçün Ukraynaya hava hücumundan müdafiə sistemləri verə bilməz. Dövlətin bunun üçün ehtiyatı yoxdur və kifayət qədər imkan olmadığından avadanlıq istehsalını artırmaq mümkün olmayacaq.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, belə bir bəyanatla İsrailin müdafiə naziri Benni Qantz çıxış edib. Onun dediyinə görə, əvvəllər dövlət həmişə Rusiyanın Ukraynaya qarşı müharibəsində neytrallığı qorumaq istəyinə istinad edib. Ölkənin Ukrayna Silahlı Qüvvələrini hava hücumundan müdafiə sistemləri ilə təmin edə bilməməsinin səbəbi kimi ilk dəfə əlavə tutumun olmaması göstərilib.

Qantzın dediyinə görə, əgər Ukraynaya silah tədarükü ilə bağlı siyasətimizi dəyişmək qərarına gəlsək belə, hava hücumundan müdafiə sistemləri ehtiyatlarımızı boşaltmaq mümkün deyil.

Biz hər gün nə edilə biləcəyini və köməyimizi necə genişləndirə biləcəyimizi yoxlayırıq.

Maraqlıdır ki, israilli müdafiə naziri NATO-nun Ukraynanın arxasında dayandığını da unutmamağı diqqətə çatdırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə