Bu arada Rusiya Silahlı Qüvvələrinin Birgə Qrupunun komandanı Sergey Surovikin Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyquya Xerson istiqamətində Rusiya Silahlı Qüvvələrinin itkilərinin guya düşmən itkilərindən çox az olduğu barədə məruzə edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Surovikin Rusiyanın itkilərinin düşmənin, yəni ukraynalıların itkilərindən 7-8 dəfə azdır.
O, həmçinin Rusiya qoşunlarının müəyyən istiqamətlərdə hücum əməliyyatlarını bərpa etdiyi barədə məlumat da verib. Surovikin xüsusi əməliyyat zonasında vəziyyətin artıq sabitləşdiyini də açıqlayıb. Eyni zamanda o, Kaxovka bəndinə güclü hücumun nəticələri barədə xəbərdarlıq edib. Surovikinin sözlərinə görə, hücum əhəmiyyətli itkilərə səbəb olacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB