Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Federasiyasının Birləşmiş Qüvvələr Qrupunun komandanı Sergey Surovikinə Xerson istiqamətində qoşunları Dnepr çayının sol sahilinə köçürməyi əmr edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya hərbi idarəsinin rəisi həmçinin şəxsi heyətin, silah və texnikanın təhlükəsiz ötürülməsini təmin etmək üçün bütün tədbirlərin görülməsini əmr edib.
Şoyqunun sözlərinə görə, mülki əhali üçün təhlükə də nəzərə alınmalıdır: “Əmin olun ki, getmək istəyən bütün mülki şəxslər oranı tərk edə bilsinlər”.
Qeyd edək ki, bundan əvvəl Surovikin Xerson vilayətində Dnepr çayının sağ sahilindən 115 mindən çox insanın təxliyə edildiyini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB