Saldo da Stremousovun ölümünü təsdiqlədi

Saldo da Stremousovun ölümünü təsdiqlədi

Bu arada Xerson vilayətinin başçısı vəzifəsini icra edən Volodimir Saldo da müavini Kirill Stremousovun qəza nəticəsində öldüyünü təsdiqləyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Saldo, Kirill Stremousovun ölümü barədə danışmağın onun üçün çox çətin olduğunu da bildirib.

“O, Xerson vilayətinin ərazisində qəzaya uğrayan avtomobillə hərəkətdə olarkən dünyasını dəyişib”, - deyə rayon rəhbərinin sözlərinə görə, Stremousov guya “pulemyotsuz işləyib”, sözü və danışıq qabiliyyəti ilə işləyib. O, insanlara bölgədə baş verən hadisələrlə bağlı həqiqətləri öyrədib.

Saldo Kirilin daim bölgəni gəzdiyini qeyd edib, Vilayət başçısının sözlərinə görə, o, daim ya ön cəbhədə, ya arxa cəbhədə, ya da Xersonda idi. Və hər yerdə insanlarla “saf və səmimi” danışırdı.

Vilayət rəhbəri Stremousovun beş övladının qaldığının , altıncısının isə tezliklə doğulmalı olacağını xatırladıb. Saldo, bundan sonra mərhum əməkdaşının ailəsinə baxacağını da vəd edib.

Qeyd edək ki, bundan əvvəl Stremousovun ölümünə münasibət bildirən Krımın rəhbəri Sergey Aksenov, bunu böyük faciə adlandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə