Rusiya gizli şəkildə İrana Qərb raketləri göndərir?

Rusiya gizli şəkildə İrana Qərb raketləri göndərir?

Rusiya, cəbhə bölgəsindən ələ keçirdiyi Britaniya və Amerika istehsalı olan hərbi texnikanın bir hissəsini İl-76 hərbi təyyarələri ilə gizli şəkildə İrana daşıyıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, xəbəri Britaniya kəşfiyyatı əldə edib.

Mənbənin məlumatına görə, hələ o vaxt, avqustun 20-də səhər saatlarında Rusiya təyyarəsi 140 milyon avro ilə Moskvadan Tehrana uçub.

Təyyarədə Böyük Britaniyanın "NLAW" tank əleyhinə raketləri və Amerikanın “Javelins” və “Stingers”ləri də olub. (...deyim ki, silahlar tam işlək olmayada bilələr-A.B.) Qeyd edək ki, bu silahlar Qərb və ABŞ tərəfindən Ukraynaya kömək üçün verilmiş silahlar olub.

Mənbənin ehtimalına görə, bu silahlar İslam İnqilabı Keşikçiləri Korpusuna Qərb texnologiyalarını öyrənmək və kopyalamaq imkanı verə bilər.

Mənbə iddia edir ki, İran da öz növbəsində Rusiyaya 160-dan çox pilotsuz təyyarə, o cümlədən yüz “Şahed” kamikadze pilotsuz uçan aparat tədarük edib.

O qeyd edib ki, Moskva və Tehran arasında son günlərdə 200 milyon avro dəyərində daha bir dron müqaviləsi imzalana bilərdi ki, bu da tezliklə Rusiyaya daha böyük dronların tədarükü anlamına gələ bilər.

Məlumatla əlaqədar Britaniyanın “Sky News” telekanalı Rusiya və İran hakimiyyətinə sorğu ünvanlayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə