Bu günlərədə “qismən səfərbərlik” adı altında Ukraynadakı döyüşə göndərilən Kursk vilayət sakini Luqansk vilayətində Rusiya hərbçilərinin ağır itkilərindən danışıb.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, səfərbər edilmiş şəxslə onun qohumları arasında telefon danışığı nə qədər gizlədilməyə çalışılsa da, amma faş olub.
Hərbçinin sözlərinə görə, səfərbər edilmiş bir qrup çağırışçı müvafiq silah və texnika olmadan cəbhə xəttinə göndəriliblər.
Onun dediyinə görə, 200 nəfərdən artıq çağırışçı, özü də daxil olmaqla ön cəbhəyə göndəriliblər: “Silahlar ümumiyyətlə yoxdur. Artilleriya işləyir, amma yanlış istiqaməti vurur...Necə də vurmasın ki, 1985-ci ildə istehsal olunan köhnə silahlardır. Bizə kömər edin. Biz ət olmaq istəmirik”.
Qeyd edək ki, bunları bildirən kursklu çağırışçı döyüşlərdən qurtulmağın yolunu ancaq “iğtişaş törətməkdə” gördüyünü deyir. Onun dediyinə görə, elə özü də daxıl olmaqla bütün çağırışçılar komandirlərin tapşırıqlarını yerinə yetirməkdən imtina ediblər.
Qeyd edək ki, bundan bir müddət əvvəl Kurskdan səfərbər olunan 50-yə yaxın çağırışçının qohumları iki gün dalbadal hərbi prokurorluq və vilayət administrasiyasının binasına müraciətlər ünvanlayıblar. Onlar döyüş təcrübəsi olmayan əsgərlərin ön cəbhədən çıxarılmasını tələb ediblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB