İranda terror aktı törətməkdə günahlandırılan iki nəfər edam edilib

İranda terror aktı törətməkdə günahlandırılan iki nəfər edam edilib

İranın Sistan-Bəlucistan əyalətində rejim müxalifi “Ceyşul Ədl”ə mənsub olduğu iddia edilən 2 nəfər “terror aktı” törətdikləri iddiası ilə edam edilib.

SİA-nın əldə etdiyi məlumata görə, "Tasnim" xəbər agentliyi Rəşid Baluç və İshak Askaninin Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində "təhlükəsizlik qüvvələrinə qarşı silahlı hücumlar və terror aktları törətdikləri" səbəbiylə edam edildiyini açıqlayıb.

Beluç və Askani 2016-cı ildə vilayətin Cebruk və Riddik sərhəd bölgələrində 4 əsgərin ölümü ilə nəticələnən silahlı hücumun səbəbkarı olmaqda ittiham olunurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə