Xerson vilayəti rəhbərinin müavini Kirill Stremousov bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, xəbəri “WarGonzo” yayıb.
Verilən məlumatına görə, qəza Xerson vilayətinin Geniçesk şəhəri yaxınlığında baş verib. Hazırda baş verənlərlə bağlı əlavə təfərrüatlar yoxdur.
Qəzanın baş vermə şəraiti müəyyən edilir.
Xatırladaq ki, Stremousov vilayət Rusiya Federasiyasının tərkibinə daxil olduqdan sonra Xerson vilayətinin rəhbərinin müavini olub. 2022-ci ilin sentyabrında o, Rusiya pasportu alıb.
Onu da qeyd edək ki, Ukrayna tərəfi Stremousovu vətən xaini kimi axtarışa vermişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB