Mövlud Çavuşoğlu: ''Türk dünyasını gələcəyə hazırlayırıq''

Mövlud Çavuşoğlu: ''Türk dünyasını gələcəyə hazırlayırıq''

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Səmərqənddə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) sammitinə qatılacaqlarını açıqlayıb.
"Göstərdiyimiz səylərlə türk dünyasını gələcəyə hazırlayırıq. Birləşdikdən sonra hər problemin öhdəsindən gələcəyik. Necə deyərlər, güc birlikdədir''.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri vurğulayıb.
Mövlud Çavuşoğlu Türkiyənin Qazaxıstanın Çimkənd şəhərindəki Fəxri Baş Konsulluğunun açılış mərasimində çıxış edib.
Çavuşoğlu dünyanın müxtəlif çətinliklərlə üzləşdiyini və Ukrayna-Rusiya müharibəsinin davam etdiyini bildirib.
Mövlud Çavuşoğlu çıxışında sabah Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) sammitinə qatılacaqlarını qeyd edib.
Çavuşoğlu deyib: "Göstərdiyimiz səylərlə türk dünyasını gələcəyə hazırlayırıq. Birləşdikdən sonra hər problemin öhdəsindən gələcəyik. Necə deyərlər, güc birlikdədir''.
Türkiyənin bu gün dünyada 256 təmsilçiliyinin olduğunu qeyd edən Çavuşoğlu bu rəqəmin tezliklə 257-yə yüksələcəyini bildirib.
Xarici işlər naziri onu da bildirib ki, hazırda Türkiyənin bütün dünyada 108 fəxri konsulluğu var.
Çimkənddəki Türkiye Fəxri Baş Konsulluğunun iki ölkə xalqları arasındakı əlaqələri gücləndirəcəyini vurğulayan Çavuşoğlu baş konsulluğun Türkiyə və Qazaxıstan vətəndaşlarına xidmət göstərəcəyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə