ABŞ Ukraynaya qış mövsümü üçün daha 25 milyon dollar yardım ayırır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) bildirib.
Sənədə əsasən, ABŞ bu vəsaitin köməyi ilə Ukrayna əhalisinə, ilk növbədə ölkənin şərqində qışa hazırlıq üçün yardımı artıracaq.
Bundan əlavə, USAID-in tərəfdaşı Beynəlxalq Miqrasiya Təşkilatı da qışda ukraynalılara humanitar yardım göstərəcək.
USAİD xatırladıb ki, oktyabrda agentliyin rəhbəri Samanta Pauer qış ərəfəsində Ukraynanın istilik təchizatına 55 milyon ABŞ dolları məbləğində sərmayə yatırılacağını, eləcə də 216 milyon dollar məbləğində humanitar yardım göstəriləcəyini bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB