"Dünyada böhran başlasa, işimiz daha çətin olacaq"

"Dünyada böhran başlasa, işimiz daha çətin olacaq"

Dünya iqtisadiyyatında vəziyyət nəzərəçarpacaq dərəcədə mürəkkəbləşib və bu, Rusiya iqtisadiyyatının sürətlə restrukturizasiyasını tələb edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, belə bir bəyanatla Rusiya Bankının rəhbəri Elvira Nabiullina çıxış edib.

Onun sözlərinə görə, son aylarda qlobal iqtisadiyyatda risklər balansı “tammiqyaslı qlobal böhran olmasa, daha ağır ssenariyə” doğru dəyişib.

Belə ki, Mərkəzi Bankın analitikləri dünyada gələcək inkişafın ssenarilərindən birini qlobal böhrana həsr ediblər. Bu proqnozlara görə, aparıcı mərkəzi bankların faiz artımı inflyasiyanın artımını vaxtında dayandırmaq üçün kifayət etməyəcək. Analitiklərin fikrincə, dərəcələr yüksək olacaq. Bu ssenariyə görə, geosiyasi gərginlik artacaq, qlobal iqtisadiyyatın parçalanması baş verəcək, Rusiyaya qarşı sanksiyalar güclənəcək və bu, qlobal iqtisadiyyatda vəziyyətin pisləşməsinə daha bir amil olacaq. "Nəticədə biz 2008-2009-cu illərlə müqayisə oluna biləcək bir böhran görə bilərik.

Qeyd edək ki, bunu bildirən Nabiullina, dünyada böhranın başlayacağı təqdirdə, “işimiz daha çətin olacaq”-deyə etiraf edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə