Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv ölkələrin bir qrup səfiri noyabrın 5-6-da Tacikistanda səfərdə olub. ATƏT-in noyabrın 8-də yaydığı rəsmi bəyanatda deyilir ki, Tacikistan rəsmiləri ilə görüşlərdə ATƏT və iştirakçı dövlətlərin üzləşdiyi çağırışlar və təhdidlər barədə fikir mübadiləsi aparılıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bundan əvvəl Tacikistan Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, nümayəndə heyətinin üzvləri - Fransa, Almaniya, Böyük Britaniya və ABŞ-ın ATƏT-dəki daimi nümayəndələri Tacikistanın xarici işlər naziri Sirociddin Muxriddin tərəfindən qəbul edilib. ATƏT-in səfirləri Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Qoşunlarının komandanı Rəcəbali Rəhmonalidə də görüşüblər.
ATƏT ölkələrinin səfirləri qrupuna Almaniyadan Qeza Brautiqam, Fransadan Kristin Feyc, Britaniyadan Nil Buş və ABŞ-dan Maykl Karpenter daxildir. Onlar Çimtəpədəki Partlayış Təhlükəsinin Aradan Qaldırılması üzrə Regional Təlim Mərkəzində, Xuroson rayonunda Qadınlara Yardım Mərkəzində və Düşənbədə ATƏT-in Sərhəd Liderlik Kollecində olublar.
"Mərkəzi Asiya bizim üçün mühüm regiondur - buna görə də dördümüz səyahət edirik. ATƏT-in maliyyələşdirdiyi layihələrə yerlərdə baş çəkməklə yanaşı, yüksək səviyyəli hökumət rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəyik", - bunu səfirlər səfərdən əvvəl bildiriblər.
Əli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB