ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçiciləri ştatda keçirilən aralıq seçkilərdə kütləvi pozuntulara etiraz etməyə çağırıb
Tramp vurğulayıb ki, səsvermə zamanı nasazlıqlar müxtəlif şəhərlərdə qeydə alınır. “Detroitdə seçki bülletenlərinin vəziyyəti çox pisdir. İnsanlar səs verməyə gəlir, ancaq deyirlər ki, “bağışlayın, siz artıq səs verdiniz”. SİA bu barədə rus saytlarına istinad edir.
Bu, bir çox başqa yerlərdə olub. Etiraz edin, etiraz edin, etiraz edin , – keçmiş Amerika lideri özünün “Truth” Social sosial şəbəkəsində yazıb.
Siyasətçi qeyd edib ki, əsas narazılıqlarArizonada qeydə alınır. “Bizə dedilər ki, Arizona ştatının Maricopa dairəsindəki səsvermə maşınlarının 20 faizi onların vasitəsilə atılan bülletenləri saymayıb”.
Tramp Arizona xalqına səs verə bilənə qədər növbədə qalmağa çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB