Yaxın həftələrdə, noyabrın sonuna kimi Ukraynada cəbhənin demək olar ki, bütün istiqamətlərində mövqe müharibəsi aparılacaq və döyüş aktivliyində azalma müşahidə olunacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, belə bir proqnozu hərbi ekspert Oleq Jdanov deyib və qeyd edib ki, hazırda hər iki tərəf ehtiyat toplamaqla məşğuldurlar.
“Yaxın bir ayda bizi mövqe müharibəsi gözləyir. Haradasa biz yavaş-yavaş, məsələn, Xerson istiqamətində irəliləyirik. Nə qədər irəliləyə biləcəyimizi söyləmək çətindir. Amma buna baxmayaraq, biz rus qoşunlarına təzyiq göstərməyə çalışırıq. Onları Dnepr çayının sağ sahilindən sıxışdırıb çıxarmışıq. Məncə, bu tendensiya davam edəcək. Xarkov istiqamətində biz əsasən müdafiəyə mövqeyindəyik. Hər şey texnika və silah ehtiyatından asılıdır...
Donetsk istiqamətində, bz sərt müdafiədəyik, yaxın gələcəkdə hər hansı irəliləyişdən söhbət gedə bilməz” –deyə Jdanov bildirib.
Onun sözlərinə görə, əsas maneə Ukrayna Silahlı Qüvvələrində texnika və silahların olmamasıdır.
“Ehtiyat formalaşdırmaq üçün lazımi miqdarda texnikamız olan kimi döyüş aktivliyində azalma müşahidə olunsa da əks-hücuma keçidi müzakirə edəcəyik”.
Bunu da Jdanov bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB