Kadırov Ukrayna ordusunun “tükəndiyini” deyir

Kadırov Ukrayna ordusunun “tükəndiyini” deyir

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov öz Telegram kanalında “yorulmuş və tükənmiş” Ukrayna Silahlı Qüvvələrinin sıralarını Qərb ölkələrindən gələn muzdlularla doldurduöunu bildirib.

“Bizdə olan məlumatlara görə, Ukrayna Silahlı Qüvvələri bir hərbi qüvvə olaraq tamamilə tükənib”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunları deyən Kadırov Qərb ölkələrinin bunu gördüyünü və onun sıralarını muzdlularla artırır dıqlarını da əlavə edib.

Ramzan, həmçinin Lisiçansk yaxınlığında Çeçenistandan olan əsgərlərin ölməsi ilə bağlı xəbərləri təkzib edərək, ərazidə “döyüşçülərimizdən heç birinin ölmədiyini” vurğulayıb. Onun sözlərinə görə, Lisiçanskda vəziyyət “çox yaxşıdır”.

Bundan əvvəl “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri, general-mayor Aptı Alaudinov Lisiçanskda batalyon döyüşçülərinin kütləvi şəkildə həlak olması ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edərək, bu xəbərləri düşmənin “doldurulması” adlandırıb.

Bundan əvvəl Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidməti bəyan etmişdi ki, Rusiya Silahlı Qüvvələri Ukrayna hərbçilərinin Cənubi Donetsk istiqamətində həyata keçirdiyi uğursuz əks-hücumları dəf edə bilib. Hərbi idarənin məlumatına görə, Ukrayna tərəfinin hərəkətləri Rusiya qoşunlarının hücumunu ləngitmək məqsədi daşıyıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə