Okeanın o tayından, seçkilərdən xəbər var

Okeanın o tayından, seçkilərdən xəbər var

ABŞ-da keçirilən seçkilərdə ilk exit-poll nəticələrinə görə, Respublikaçılar liderlik edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, nəticələr onun InteractivePolls Twitter hesabında dərc edilib.

Məlumata görə, Respublikaçılar Senatda 54 mandat qazanıblar, qalan 46 yer isə demokratların payına düşüb. Nümayəndələr Palatasında da birincilər, Respublikaçılar lider oldular. Belə ki, Respublikaçıların 246, Demokratların 189 səsi var.

İlk exit-pollların nəticələrinə görə, Arizona, Nevada və Corciya ştatları birincinin “nəzarəti”nə keçib. Nyu-Hempşirdə də Respublikaçılara güclü dəstək var.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasındakı respublikaçı azlığın lideri Kevin Makkarti, partiyasının ABŞ Konqresinə seçkilərdə qalib gələcəyi təqdirdə, onun nümayəndələri ABŞ-ın hazırkı prezidenti Cozef Baydenə impiçment elan edəcəklər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə