Deyəsən, “ay can, ay can” demək, hələ ki, tezdir?

Deyəsən, “ay can, ay can” demək, hələ ki, tezdir?

Avropalı siyasətçilər ehtiyat edirlər ki, Respublikaçılar Partiyası aralıq Konqres seçkilərində qalib gəlsə, ABŞ və Avropa ölkələrinin Ukraynaya dəstək məsələsində birliyi “dağıla” bilər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ABŞ-ın Avropadakı müttəfiqləri getdikcə daha çox narahatdırlar ki, respublikaçılar aralıq seçkilərdə qalib gəlsələr, Qərbin Rusiya ilə mübarizə üçün qurduğu vahid cəbhə tezliklə dağılacaq.

Bununla yanaşı, Avropa ölkələri hazırda təkcə Ukraynaya dəstək məsələsində deyil, bütövlükdə ABŞ-ın arxasınca getmək məsələsində də tərəddüd edirlər.

Məsələn bununla bağlı Çin nəşrində yer alan yazın müəllifi hesab edirlər ki, ABŞ-ın növbəti maliyyə ilində, respublikaçıların qələbəsi halında Ukraynaya yardımı kəsiləcək, lakin dayandırılmayacaq.

Yeri gəlmişkən, Rusiya Dövlət Dumasının deputatı Yevgeni Fedorov hesab edir ki, ABŞ Konqresinə seçkilərdən sonra Rusiya daha böyük təzyiqlərlə üzləşə bilər, lakin bu dəfə respublikaçılar tərəfindən. Onun sözlərinə görə, Respublikaçılar Partiyasının nümayəndələri demokratlardan daha alovlu vətənpərvərdirlər və çətin ki, ABŞ-ın dünya hegemonluğu uğrunda mübarizədən əl çəksinlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə