Bu gün Gürcüstanın paytaxtında “Regional sabitlik üçün Tbilisi beynəlxalq forumu” işə başlayıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, əsası 2015-ci ildə qoyulan Tbilisi forumu nüvə təhlükəsizliyi və qeyri-profilləşdirmə üzrə ilk beynəlxalq təşəbbüsdür.
Forumda Rusiya və Ukrayna arasındakı münaqişə, nüvə təhlükəsizliyi, nüvə silahlarından istifadə və bu kimi silahların yayılmasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Tədbirdə ABŞ, Avropa İttifaqı və digər nüfuzlu beynəlxalq təşkilatların, Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Ermənistan və başqa ölkələrin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər son illər dünyanın bir çox bölgələrində başlayan müharibə ocaqlarının yaratdığı qlobal problemlərdən danışıblar. Bəzi hallarda bu cür müharibələrdə nüvə silahından istifadə ilə bağlı təhdidlərin eşidildiyini qeyd ediblər.
Nüvə silahlarının tarixdəki izləri Naqasaki və Hiroşima şəhərlərində, Çernobıl qəzasından sonra bir sıra ölkələrdə yaşanan ağır proseslərin hələ də davam etdiyi təəssüf hissi ilə qeyd edilib. Bildirilib ki, həmin hadisələrdən keçən uzun illərdən sonra da dünya ictimaiyyəti bununla bağlı müəyyən problemlər yaşayır. Lakin bəzi dövlətlər yenə də nüvə silahından istifadə barədə fikirlər səsləndirirlər.
Forum iştirakçıları bu cür təhdidlərə qarşı birgə mübarizə aparmağın vacibliyini qeyd ediblər.
Forum işini noyabrın 9-da davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB