"Ukrayna müqaviməti dayandırsa, mövcudluğunu da dayandıracaq"

"Ukrayna müqaviməti dayandırsa, mövcudluğunu da dayandıracaq"

Bu arada NATO-nun baş katibi Yens Stoltenberq Moskvanın şərtləri ilə Ukraynadakı münaqişəyə son qoymağın xəyali risklərindən danışıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Stoltenberq izah edib ki, əgər Kiyev indi Moskvanın şərtlərini qəbul edərsə, Rusiyanın xüsusi əməliyyat keçirməsi ilə barışarsa, o zaman gələcəkdə bu, münaqişənin davam etdirilməsinə gətirib çıxara bilər. Baş katib bunun Ukrayna üçün fəlakət olacağını da əlavə edib.

Stoltenberqin fikrincə, bu, təhlükəli presedentin yaranmasına gətirib çıxaracaq, gücdən istifadənin qonşu dövlətlər üzərində nəzarəti əldə etməyə imkan verdiyi siqnalını verəcək.

NATO-nun baş katibi xatırladıb ki, Moskva Ukraynada münaqişə başlamazdan əvvəl alyansa “ambisiya nümayiş etdirib”.

Stoltenberq, Rusiyanın blokun genişlənməsini dayandırmağa, Finlandiya və İsveçin ona qoşulmasına mane olmağa çağırdığını bildirib. Baş katibin dediyinə görə, bundan əlavə, Moskva, qoşunların blokun şərq hissəsindən çıxarılmasını tələb etdi.

“Onlar NATO-nun blokun şərq hissəsindən bütün qüvvələrini çıxarmasını istəyirdilər... bu, qəbuledilməzdir”, - Bunu da Stoltenberq bildirib.

NATO rəhbəri əmin edib ki, alyans hələ də münaqişəyə son qoymaq istəyir. O, aydınlaşdırıb ki, Ukrayna müqavimət göstərməyi dayandırsa, mövcudluğunu dayandıracaq. Eyni halda Stoltenberq əlavə edib ki, Rusiya xüsusi əməliyyatı dayandırarsa, Avropa sülh tapacaq.

Stoltenberq, NATO-nun hələ də münaqişə tərəfi olmadığını, lakin Ukraynanı dəstəkləməyə davam edəcəyini vurğulayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə