Çin hakimiyyəti Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin Rusiya ilə bağlı bir sıra sərt bəyanatlara yol verdiyi videomüraciətinin yayımını ləğv edib.
Bununla yanaşı Pekin beynəlxalq gündəmdə olan digər məsələləri də gündəmə gətirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, guya videoçarx Şanxayda 5-ci Çin Beynəlxalq İdxal Sərgisinin açılış mərasimində nümayiş etdirilməli imiş.
Avropa Şurasının sözçüsü Barend Leyts təşkilatın Çin tərəfinə əvvəlcədən hazırlanmış nitq göndərdiyini, nəticədə isən onun göstərilmədiyini bildirib.
Leytsin sözlərinə görə, Mişel Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını tənqid edib. Bundan əlavə, o, Avropa İttifaqının Rusiyadan enerji asılılığını və Çindən ticarət asılılığını azaltmağa çağırıb.
Onun müraciəti digər dünya liderlərinin və beynəlxalq təşkilatların rəhbərlərinin çıxışları ilə birlikdə verilməli idi, amma...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB