ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nümayəndələr Palatasının spikeri Nensi Pelosini heyvan adlandırıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, dediklərini təsdiq edən Tramp əsas kimi, Nensinin iki dəfə onun impiçmentimə səs verdiyini göstərib.
Maraqlıdır ki, keçmiş prezident Pelosini ölkədə onun hərəkətləri nəticəsində yaranan iğtişaşlara görə tənqid edib. Siyasətçi demokratların immiqrasiya siyasətinə və “MS-13” bandasının bir üzvünün törətdiyi cinayətə də qarşı çıxıb.
Qeyd edək ki, 2021-ci ildə Senat impiçment məhkəməsində Trampa bəraət verdi. Sonra tərəfdarları Kapitoli zəbt etdiyi üçün onu fitnədə ittiham etdilər.
Xatırladaq ki, 2019-cu ildə Demokratlar Partiyası impiçment proseduruna başlayıb və nəticədə Tramp bəraət qazanıb.
Onu da qeyd edək ki, o, Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiq göstərməkdə ittiham olunub. Daha sonra Trampın seçkilərdəki rəqibi Cozef Baydenin oğlu Hunter Baydenin Ukraynadakı fəaliyyəti ilə bağlı təhqiqat açılmasını tələb etdiyi barədə məlumatlar yayılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB