Deyəsən, Vanqa qarı...düz deyirmiş!?

Ağ Ev üstüörtülü şəkildə banklardan Rusiya Federasiyasından olan şirkətlərə xidmət göstərmələrini xahiş edib
Deyəsən, Vanqa qarı...düz deyirmiş!?

ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamentləri üstüörtülü şəkildə “JPMorgan” və “Citigroup” da daxil olmaqla iri bankları “müəyyən Rusiya şirkətləri” ilə əməkdaşlıqdan imtina etməməyə çağırır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri bəzi Qərb mətbuatı yayıblar.

Xüsusilə, onlardan “Qazprom”, “Uralkali” və “PhosAgro” kimi şirkətlərə əsas xidmətlərin (dollarla hesablaşmalar, köçürmələr, ticarətin maliyyələşdirilməsi) davam etdirilməsi xahiş olunur.

Əldə olunan məlumata görə, Cozef Bayden administrasiyası bununla da sanksiyaların mənfi təsirlərini azaltmaq və “planetdə qlobal iqtisadi fəlakətdən, kütləvi aclıqdan” qaçmaq istəyir.

Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq ona qarşı tətbiq etdiyi sanksiyalara görə, bir çox ABŞ bankları ABŞ hakimiyyətinin cərimələrinə məruz qalacağından qorxaraq Rusiya şirkətləri ilə iş görməkdə ehtiyatlı davranırdılar.

Məhz buna görə hökumət onları əməkdaşlığı davam etdirməyə inandırmağa çalışır.

“Dünyanın ərzaq təhlükəsizliyi kritik dərəcədə bu əməliyyatlardan asılıdır. Biz bankları və kənd təsərrüfatı məhsullarının ticarəti ilə məşğul olan digər şəxsləri sanksiyalar rejiminə məruz qalmadıqlarına aydınlaşdırmağa və əmin etməyə davam edirik”.

Qeyd edək ki, bunu ABŞ Dövlət Departamentinin rəhbəri Ceyms O'Brien bildirib.

Müharibə başlayandan sonra ən böyük transmilli banklar Rusiyadakı fəaliyyətlərini məhdudlaşdırmağa və rus müştəriləri ilə iş görməkdən imtina etməyə başlamışdılar.

Bu günlərdə məlum oldu ki, dünyanın ən böyük telekommunikasiya avadanlığı istehsalçılarından biri olan Finlandiyanın “Nokia” şirkəti Amerika tənzimləyicisi və Sənaye Bürosu ilə əvvəllər bağlanmış müqavilələri yerinə yetirmək üçün onun Rusiyaya tədarükünə ixrac lisenziyası tələb edib.

Ukraynada hərbi əməliyyatların başlamasından və sanksiyaların tətbiqindən sonra dünyanın ən böyük telekommunikasiya avadanlığı istehsalçıları Rusiyaya məhsul tədarükünü dayandırıblar.

Aprel ayında “Nokia” Rusiya bazarından çıxmağa hazırlaşdığını açıqlamışdı. Eyni zamanda, şirkət şəbəkələrin saxlanılmasını təmin etmək niyyətində olduqlarını və sanksiyalara məruz qalmamaq, lazımi lisenziyaların alınması üçün müraciət etmək istədiklərini vurğulayıb.

Qeyd edək ki, “Nokia”nın müştəriləri Rusiyanın bütün əsas telekommunikasiya operatorlarıdır.

Belə görünür ki, deyəsən, Vanqa qarı...düz deyirmiş!?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə