Tanınmamış Dnestryanı Moldova Respublikasının hakimiyyəti Moldovadan qaz tədarükünün azalması ilə əlaqədar Rusiyadan kömək istəyib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə PMR-in xarici işlər naziri Vitali İqnatyev bildirib.
“Əlbəttə, biz Rusiya Federasiyasına müraciət etdik. Sözün əsl mənasında noyabrın 1-də Dnestryanı dövlət başçısı vasitəsilə Rusiya prezidenti, prezident administrasiyası, Federasiya Şurası, Dövlət Duması və müvafiq olaraq “Qazprom” şirkətinə rəsmi müraciətlər göndərilib. Razılaşmanın tərəfləri Qazprom və Moldovaqazdır, Dnestryanı müqavilənin subyekti deyil, ona görə də bu səviyyədə məsələləri həll etmək lazımdır”.
Qeyd edək ki, bunu Vitali İqnatyev deyib
Onun sözlərinə görə, Dnestryanı problemlərin həlli üçün bir sıra yollar təklif edib.
İqnatyev hazırda “ölkəsi”nin Moskvadan cavab gözlədiyini və onun çətin adlandırdığı bu vəziyyətdən çıxmaq üçün optimal mexanizmlər hazırlamağa hazır olduğunu bildirib.
Nazirin sözlərinə görə, Moldova tərəfdən Dnestryanıya Rusiya yanacağının tədarükünün azaldılması “Qazprom və Moldovaqaz arasında razılaşmanın kobud şəkildə pozulmasıdır.
Bundan əvvəl Dnestryanı Moldova Respublikasının rəhbərliyi qaza qənaət etmək üçün iri müəssisələrin işini dayandırmışdı. Deyilənə görə, hazırda Moldova metallurgiya zavodu, Rıbnitsa sement zavodu, Tirotex pambıq zavodu və kərpic zavodu işləmirlər.
Qeyd edım ki, rus saytlarının yazdığına adamın az qala lap “kimə gəlirsən ə...” deməyi gəlir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB