Ottavada “Qarabağ” məktəbinin şagirdləri Zəfər Gününü qeyd ediblər
Kanadada fəaliyyət göstərən “Qarabağ” həftəsonu Azərbaycan dili məktəbinin 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram şənliyi keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Paytaxt Ottavanın Vinsent Massiy parkinda baş tutan tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Tədbir iştirakçıları məktəb şagirdlərinin Zəfər Günü münasibətilə ifa etdikləri mahnı və şeirləri alqışlarla qarşılayıblar. Tədbirlə maraqlanan yerli sakinlərə Azərbaycanın Zəfər Günü barədə məlumat verilib.
Sonda Azərbaycan bayraqlarını dalğalandıran tədbir iştirakçıları Zəfər yürüşünə qatılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB