Ukraynanın Rusiya ilə danışıqlarla bağlı əsas şərtləri

Ukraynanın Rusiya ilə danışıqlarla bağlı əsas şərtləri

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiya ilə danışıqların əsas şərtlərini bildirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, o, bu barədə öz Twitter səhifəsində danışıb.

Beləliklə, Danilovun fikrincə, burada əsas şərt respublikanın ərazi bütövlüyünün bərpasıdır. Bunu yerinə yetirmək üçün o, Kiyevi müasir hava hücumundan müdafiə sistemləri, aviasiya, tanklar və uzaqmənzilli raketlərlə təchiz etməyə çağırıb.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinin sözlərinə görə, bu, Ukrayna hakimiyyətinə proaktiv strategiya həyata keçirməyə imkan verəcək.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Kiyev və Moskva arasında danışıqlara başlamaq üçün lazım olan şərtləri sadalayıb. Onların arasında o, respublikanın ərazi bütövlüyünün bərpası, BMT Nizamnaməsinə hörmət, Ukrayna tərəfinə hərbi əməliyyatlar nəticəsində dəyən itkilərin ödənilməsi və “bunun bir daha təkrar olunmayacağına zəmanət” verilməsi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə