Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müalicə edən həkimlər onun demans və vərəmə tutulmasından şübhələnirlər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə jurnalistlərə siyasətçinin vəkili Şalva Xaçapuridze məlumat verib.
Vəkilin sözlərinə görə, hazırda söhbət iddia edilən diaqnozlardan getsə də, amma bu xəstəliklər öz təsdiqini tapmayıb. Həkimlərin dediyinə görə, bunlar şübhələr olsa da, amma bu istiqamətdə iş gedir.
Qeyd edək ki, Xaçapuridze demans və vərəmdən əlavə, söhbətin daha 34 xəstəlikdən getdiyini də bildirib.
Maraqlıdır ki, vəkilin sözlərinə görə, Saakaşvilinin səhhəti ilə bağlı xarici ekspertlərin apardıqları araşdırma hesabatı artıq alınsa da, lakin nəticələr ictimaiyyətə daha sonra açıqlanacaq.
Xatırladaq ki, Saakaşvili həbsxanada bir aylıq aclıq aksiyasından sonra hazırda Tbilisidə müalicə alır. O, bu ilin may ayında həbsxanadan klinikaya köçürülüb. Avqust ayında siyasətçinin qardaşı yerli həkimlərin onda 17 xəstəlik aşkarladığını bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB