Venesuelada təyyarə qəzaya uğrayıb, ölənlər var

Venesuelada təyyarə qəzaya uğrayıb, ölənlər var

Venesuelada göyərtəsində beş hərbçi olan “C-208B” yüngül motorlu hücum təyyarəsi qəzaya uğrayıb.

SİA xəbər verir ki, "MEHR" informasiya agentliyinin məlumatına görə, insident Venesuelanın cənubundakı Amazonas əyalətindəki Xose Antonio Paes aviabazasından 3 km aralıda baş verib. Ştat qubernatoru Migel Rodriges təyyarənin sıx cəngəllikdə yerli insanlara kömək edən aviasiya qrupuna aid olduğunu söyləyib.

Ölkənin müdafiə naziri, general Vladimir Padrino Lopesin sözlərinə görə, qəza yerində 4 hərbçinin cəsədi tapılıb, beşincisinin axtarışları davam edir.

Venesuela Prezidenti Nikolas Maduro hadisənin başvermə səbəblərinin araşdırılması və həlak olanların yaxınlarına dəstək verilməsi barədə göstəriş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə