Yeni hava hücumundan müdafiə sistemləri Ukraynaya çatıb

Ukraynanın müdafiə naziri Oliksiy Reznikov bu barədə tviter hesabında paylaşım edib.
Yeni hava hücumundan müdafiə sistemləri Ukraynaya çatıb

“NASAMS və Aspide hava hücumundan müdafiə sistemləri Ukraynaya çatıb”.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bunu Ukraynanın müdafiə naziri Oliksiy Reznikov tviterdə yazıb.

Nazir bu silahlara görə Norveç, İspaniya və ABŞ-a təşəkkürünü bildirib.

"NASAMS və "Aspide" hava hücumundan müdafiə sistemləri Ukraynaya gəlib. Bu silahlar Ukrayna ordusunu xeyli gücləndirəcək və hava məkanımızı daha təhlükəsiz edəcək. Bizə hücum edən düşmənin hədəflərini məhv etməyə davam edəcəyik", deyə Reznikov deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə